17 İyul 2019 09:34
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Elnur Kərimovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən şəxs günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Məhkəmənin növbəti iclası iyulun 29-na təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Kərimov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, "Zaminbank"da kredit mütəxəssisi vəzifəsində çalışmış Elnur Kərimov etibardan sui-istifadə edərək, banka qarşı 480 min manatlıq dələduzluq edib.

Belə ki, o, işlədiyi dövrdə bankda müştərilərin hesabından pul çıxararaq, digər hesablara köçürüb.


Müəllif: Hacı Zeynalov