Azərbaycanlı qadınları fahişəliyə cəlb edən Zəngilan rayon sakini həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zəngilan rayon sakini, 1989-cu il təvəllüdlü Salahova Arzu Zakir qızı həbs edilib.
O, gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikası vətəndaşı olan qadınları fahişəliyə cəlb etməsi faktı aşkar olunub. Müəyyən olunub ki, o, paytaxtın müxtəlif yerlərində gənc qızları oğlanlarla görüşdürməsinə şərait yaradıb. Bunun müqabilində qızlarla görüşən oğlanlardan haqq alıb.
Arzu Salahovanın qanunsuz əməli ilə bağlı baş idarəyə məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat keçirilən əməliyyat nəticəsində məlumat təsdiqini tapıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov