Bakıda qanunsuz narkotik saxlamada təqsirləndirilən Müsavat Partiyasının üzvü Azad Həsənovun işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun barəsində 6 ay sınaq müddəti təyin edilməklə cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, A.Həsənov ötən ilin oktyabrın 11-də həbs olunub. O, külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunub.