Bu il narkotiklərlə əlaqədar 2310 (+35,2%), o cümlədən satış məqsədilə 707 (+34,7%) cinayət aşkar edilərək qeyri-leqal dövriyyədən 810 (+76) kilo narkotik vasitə çıxarılıb.
Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib ki, qanunsuz kultivasiya edilən 74 tondan çox çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib:
"Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 24 (+6) cinayətkar qrup zərərsizləşdirilib, 1657 (+442) şəxs cinayət məsuliyyətinə cəlb olunub. Bu növ cinayət törətmiş 1535 nəfərdən 1008 (65,7%-i) işləməyən və oxumayan, 399 (26%) əvvəllər cinayət törətmiş şəxslər, 21 (1,4%) qadınlar təşkil edib".