Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Penitensiar xidmət əməkdaşları “ADEX-2014” sərgisində iştirak ediblər.
Bu barədə Teleqraf.com-a Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Penitensiar xidmətinin əməkdaşları bu gün Bakı Ekspo Mərkəzində ölkəmizdə ilk dəfə təşkil edilən “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisində olublar.
Dünyanın 34 ölkəsinin 200-dək şirkətinin məhsullarının nümayiş olunduğu sərgidə Azərbaycan 37 şirkətlə təmsil olunub. Azərbaycanın irimiqyaslı ekspozisiyası ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Hacı Zeynalov