Rumıniyada psixiatriya xəstəxanasının pasienti dörd nəfəri öldürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Diji 24” nəşri məlumat yayıb. Bildirilib ki, xəstə daha 9 nəfərə xəsarət yetirib. Qeyd olunub ki, kişi xəstəxanaya “Ağ isitmə” (Daim spirtli içkilər içən insanların beyin qabığının zədələnməsi) diaqnozu ilə gətirilib.
Xəsarət alan şəxslər kəllə-beyin travması alıb. Cinayətkar zərər çəkmiş şəxslərdən birinin tibb işçilərinə xəstənin hücumu barədə xəbərdar etməsindən sonra saxlanılıb.
O, əlində tibbi spirtlə polislər tərəfindən xəstəxanın çıxışında tutulub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənlərin bütün təfərrüatlarını öyrənirlər.