İki azərbaycanlı Rusiyanın dövlət sərhədlərini qeyri-qanuni şəkildə keçməyə cəhd göstərib.
Teleqraf.com xəbər verir ki, onlar bundan əvvəl də bir neçə dəfə Rusiyada nəsdə olublar.
Sayta Federal Təhlükəsizlik Xidmətindən verilən xəbərə görə, Yerşov rayon məhkəməsi iki azərbaycanlını Rusiya sərhədlərini qeyri-qanuni şəkildə keçməkdə təqsirli bilib.
Xəbərdə o da deyilirdi ki, daha əvvəl bu şəxslər ağı cinayətlərə görə həbsdə yatıblar və onlara Rusiya ərazisinə girişı qadağa olunub. Amma residivistlər növbəti dəfə qanunu pozublar. Onların hər birinə bir il həbs cəzası verilib.