30 Avqust 2019 14:38
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 ilə endirilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz Əbdüləzizin 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Əziz Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib. İxtiyar Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb.

Xatırladaq ki, cinayət işində Azərbaycan televiziyasının rejissoru olmuş, keçmiş Muğam Teatrına rəhbərlik etmiş Arif Qazıyevin də adı şahid qismində keçir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər