Bakıda qadını intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən Kamil Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 19-na təyin edilib.
İttihama görə, Kamil Süleymanov tanış olduğu qadın - Əminə Babayevanı (ad və soyad şərti verilib - red.) intim şəkilləri ilə şantaj edərək pul tələb edib.
Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra Kamil Süleymanov saxlanılıb.