15 Sentyabr 2014 15:22
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayon Məhkəməsində məşhur oteldə əxlaqsızlıq yuvası saxlayan Qobustan rayon sakini, 1990-cı il təvəllüdlü Nihad Zərbəliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə Bakının Səbail rayonu ərazisində yerləşən “Empire” oteldə əxlaqsızlıq yuvasının saxlanılması ilə bağlı məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat keçirilib və məlumat təsdiqini tapıb.

İdarə əməkdaşlarının keçirdiyi əməliyyat əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayon sakini, 1990-cı il təvəllüdlü Zərbəliyev Nihad Əhməd oğlu həbs edilib. O, gəlir əldə etmək məqsədilə digər şəxslərlə əlbir olaraq cinayət əlaqəsinə girib. Nihad Zərbəliyev və digər şəxslərin Səbail rayonu, Xəqani küçəsi 89 ünvanında yerləşən “Empire” oteldə əxlaqsızlıq yuvası təşkil etmələri müəyyən olunub.

Nihad Zərbəliyev Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham olunur. Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı sentyabrın 17-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər