Qəbələ rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb. Göyçay rayon sakini Kamal Xəlilov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. K.Xəlilovun sərnişini - rayon sakini Rəhim Məmmədov hadisə yerində ölüb.
Daha bir yol nəqliyyat hadisəsi Ağcabədi rayonunda baş verib. Rəncbərlər kəndində rayon sakini Cəsarət Cəfərov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən həmyerlisi Əhliman Yaqubovu vurub.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov