28 Sentyabr 2019 14:32
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Veysəloğlu Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sabiq əməkdaşına cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, Samir Əsgərovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

Samir Əsgərovun barəsində olan cinayət işi baxılması üçün Nizami (Bakı) rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rauf Əhmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 1-nə təyin olunub.

İş üzrə zərərçəkmiş qismində “Veysəloğlu Qrup” MMC tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər