8 Oktyabr 2019 11:51
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı qadının çantasından pnevmatik tapança aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a Bildirilib ki, oktyabrın 7-də Sabunçu rayonu ərazisindəki inzibati binaların birində Bakı şəhər sakini P.Axundovanın çantasına Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən texniki qurğu vasitəsi ilə baxış zamanı oradan pnevmatik tapança və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb.

Müvafiq araşdırmaların aparılması üçün qadın Sabunçu rayon polis İdarəsinin 13-cü polis bölməsinə təhvil verilib.


Müəllif: Hacı Zeynalov