Ədliyyə Nazirliyinin penitensiar xidmət 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ceyhun Ələkbər oğlu İsgəndərovun yanına qısamüddətli görüşə gəlmiş anası Zöhrə Hidayət qızı Axundovanın üzərinə və əşyalarına baxış keçirilib.
Keçirilən baxış zamanı onun gətirdiyi tortun kartonunda xüsusi üsulla su çöpünün içərisinə yerləşdirilərək gizlədilmiş xalis çəkisi 0,484 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Ceyhun İsgəndərov Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
Hacı Zeynalov