Bakının Nizami rayonunda meyit tapılıb.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, meyit rayonun Naxçıvanski küçəsində aşkarlanıb. ərazodə olan şəxslər tərəfindən meyiti aşkarlayan şəxslər dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları meyiti müayinə ediblər. Təxminən 35-40 ayşları arasında olan kişi meyitinin üzərində şəxsiyyətini təsdiq edən sənəd tapılmayıb. Buna görə də onun kimliyini müəyyən etmək mümkün olmayıb. Meyit “morq”a göndərilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, meyiti tapılan şəxs avtomobillə vurulub. Polis onu vuran şəxsi müəyyən ediblər. Bakı şəhər sakini Valeh Abbasov idarə etdiyi “Ford” markalı avtomobillə həmin şəxs vurulub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov