Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Naziriyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Yevlax rayon sakinləri Müqabil Məmmədov və əvvəllər məhkum olunmuş Rəşad Şükürov Nəsimi rayonu ərazisində saxlanılıblar.
M.Məmmədovun üzərində şəxsi axtarış aparılan zaman 47,542 qram narkotik vasitə heroin, 49,862 qram psixotrop maddə metamfetamin, 52,324 qram tiryək və 19,236 qram qurudulmuş marixuana, digər şəxs R.Şükürovdan isə 51,710 qram narkotik vasitə tiryək aşkar edililərək götürülüb.
Araşdırma zamanı M.Məmmədov və R.Şükürovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. Onların bir müddətdir ki, yaşadıqları Yevlax rayonundan Bakıya satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr gətirdikləri məlum olub.
Faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və barələrində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.