23 Noyabr 2019 12:10
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki qadının əmlakını məhv etməkdə təqsirli bilinən Elmir Yusifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Vüsal Tağıyevin icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası keçirilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmişlər – Əntiqə Talıbova və Ramilə Talıbovanın kimlikləri müəyyən olunub və onlara dəymiş ziyan müəyyənləşdirilib.

İttihama görə, Elmir Yusifov zərərçəkmişlər – Əntiqə Talıbova və Ramilə Talıbovaya məxsus əmlakları yandıraraq qəsdən məhv edib.

İstintaq orqanı tərəfindən Elmir Yusifovun barəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı məhv etmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər