7 Dekabr 2019 16:24
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonunda bir neçə cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 2-dən 4-dək olan müddətdə Binəqədi rayon ərazisində 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Q.Yusifov saxlanılıb.

Bundan başqa, 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 2-də Bakı şəhər sakini E.Cəfərova məxsus “Hyundai” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş B.Quliyev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha iki avtomobildən də akkumulyator oğurlaması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov