21 Sentyabr 2014 17:28
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Azərbaycanda zəlzələ baş verib.

Teleqraf.com Kəpəz TV-yə istinadən bu barədə xəbər verir.

Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, yeraltı təkanlar yerli vaxtla saat 00:59-də, Qazaxdan 26 km şimalda Ağstafa rayonu ərazisində baş verib. Onun sözlərinə görə, bu ərazidə son bir həftə ərzində çoxlu sayda kiçik zəlzələlər qeydə alınıb.

Onların gücü 0,7-1,2 bal arasında dəyişib. Budəfəki yeraltı təkanların gücü 3 baladək olub.


Müəllif:

Oxşar xəbərlər