21 Sentyabr 2014 22:56
1 336

Bu gecə Şamaxı rayonu, Şamaxı-Ismayıllı yolunun 128-ci kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un FHN-nin saytınaistinadən verdiyi məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitini qiymətləndirilərkən məlum olub ki, "Kamaz" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşub, minik avtomobilində sürücü və 3 nəfər sərnişin qəza nəticəsində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və 3 nəfər sərnişinin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif:
Загрузка...