1 Yanvar 2020 18:34
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yeznəsini bıçaqlamaqda təqsirləndirilən Ramin Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırlması üçün hakim Səbuhi Hüseynovun icraatına verib. Məhkəmənin hazırlıq iclası yanvarın 10-na təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Ramin Mirzəyev bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun döş nahiyəsindən bıçaqlandığı məlum olub.

Hadisəni törədən zərərçəkmişin qaynı, 1992-ci il təvəllüdlü Faiq Quliyev həbs edilib. Məlum olub ki, Faiq Quliyev bacısını ərini bıçaqla vuran zaman sərxoş olub.

İstintaq orqanı tərəfindən Faiq Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər