Gəncə şəhərində yaşayış evindən oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də İqbal Məmmədovun evindən 1300 manatını və məişət əşyalarını oğurlayan Gəncə şəhər sakinləri İlkin Qəhrəmanov və Çingiz Vəliyev tutulublar. Hər iki şəxs əvvəllər məhkum olunublar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov