23 Yanvar 2020 10:35
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda saxta pulla telefon almaq istəyən şəxs tutulub.

Teleqraf.com xəbər verir ki, yanvarın 10-da Bakı şəhər sakini Z.Göyüşov polisə müraciət edərək bildirib ki, yanvarın 8-də gecə saatlarında Moskva prospektində naməlum şəxs ona 500 manat saxta pul ödəyərək mobil telefonu alıb.

Daxil olan müracət əsasında Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdiyi çevik intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində dövriyyə saxta pul buraxmaqda şübhəli bilinən Salyan rayon sakini, əvvələr CM-nin 177-ci maddəsi ilə məhkum olunan 1993-cü il təvəllüdlü Qüdrət Bayramov müəyyən olunaraq tutulub.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxta pulun mənbəyi araşdırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər