Bakının Suraxanı rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini R.Abdullayev həbs edilib.
Onun evindən 440 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.