20 Fevral 2020 13:15
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Novruzov 2019-cu il oktyabrın 9-da A.Manafov küçəsində 2 nəfərin onu bıçaqla hədələyib, mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Əhmədov və Qazax rayon sakini İ.Məhəmmədov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər