Beyləqan rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Beyləqan rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Sədi İsmayılov özünü asaraq ölüb. Onun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov