Bakının Yasamal rayonunda xeyli miqdarda dələduzluq faktının baş verməsi aşkar olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Yasamal rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində Bakı şəhər sakini Sevda Vəliyevanın 2009-2012-ci illər ərzində həmyerliləri Rəna Nuriyevanın, Səbinə Mahmudovanın, Fəridə Əhmədxanovanın, Ətrabə Lətifovanın, Sevil Kərimovanın və Sona Qarayevanın etimadlarını qazanması müəyyən edilib.
O, Rəna Nuriyevadan 15000, Səbinə Mahmudovadan 5000, Fəridə Əhmədxanovadan 22500, Ətraba Lətifovadan 15000, Sevil Kərimovadan 20000 və Sona Qarayevadan 5000 manat alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hacı Zeynalov