Bakının Nəsimi rayonunda dələduzluq faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 29-dan martın 5-dək olan müddətdə paytaxt sakinləri olan 3 nəfərə qarşı dələduzluq etməkdə, habelə bir nəfərin 240 manat pulunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Səlimzadə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.