Bakının Nəsimi rayonunda iki ay əvvəl qanlı cinayət törədən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, avqustun 3-də naməlum şəxs Bakı şəhər sakini Amil Abbasovu bıçaqlayaraq hadisə yerindən qaçıb. 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Elşən Səmədov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov