1 May 2020 23:36
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəydə xüsusi karantin rejimini pozan 4 nəfər həbs olunub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində mütamadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.

Belə ki, araşdırmalar zamanı 157 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. Əlavə olaraq 4 şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər