19 May 2020 14:00
4 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qayınanasına təcavüz etməkdə təqsirli bilinən Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Raiq Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Raiq Sadıqov 22 avqust 2017-ci il tarixdə, gecə saat 1 radələrində sərxoş vəziyyətdə keçmiş qayınanası, 1967-ci il təvəllüdlü Məlahət Məmmədovanın (ad və soyad şərti verilib – red.) yaşadığı evə gəlib. O, mənzilin qapısının açıq olduğunu görüb və mətbəxə keçib.

Sərxoş kürəkənin qayınanası ilə cinsi əlaqədə olmaq istəyi

Raiq Sadoqov mətbəxdə döşəmə üzərində yatan Məlahət Məmmədovanı oyadıb və onunla cinsi əlaqədə olmaq istədiyini deyib. Məlahət Məmmədova isə kürəkənini təklifindən imtina edib.

Raiq Rüstəmov köməksiz vəziyyətdə olan Məlahət Məmmədovaya zor tətbiq edib, onun əynindəki paltar cırararaq çıxarıb. O, müqavimət göstərən qayınanasının bədəninin müxtəlif nahiyələrinə şillə və yumruq zərbələri vurub.

Qayınanasının müqavimətini qıran Raiq Sadıqov onu yerə yıxıb, ona qarşı seksual xarakterli zorakılıq hərəkətlər edib.

Məlahət Məmmədova özünü müdafiə edərkən Raiq Sadıqovun üzünə və bədəninə yüngül xəsarətlər yetirib, kürəkənini üstündən itələyib və küçəyə qaçıb.

Polisə zəng etdi, kürəkəni daha amansız oldu

Raiq Sadıqov da qayınanasının arxasınca qaçaraq onu təqib edib. Məlahət Məmmədova kürəkənindən qorunmaq üçün yenidən mənzilə qayıdıb və qızı Samirəyə, sonra isə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib.

Bu vaxt Raiq Sadıqov yenidən mənzilə daxil olaraq Məlahət Məmmədovanı zorlamaq məqsədilə saçından tutaraq yerə yıxıb, sonra onunla cinsi əlaqədə olmağa başlayıb.

Bu zaman Məlahət Məmmədovanın evdə yatan azyaşlı nəvəsi nənəsinin qışqırıq səslərinə oyanıb. Uşaq Raiq Sadıqovun hərəkətlərinə mane olmağa çalışıb. O, azyaşlını kənara itələyib, yenidən Məlahət Məmmədova ilə intim əlaqədə olmağa başlayıb.

Əlil valdeynləri qızları üçün yalvardılar

Qışqırıq səsinə Məlahət Məmmədovanın 1-ci dərəcəli gözdən əlil atası Səfər Məmmədov və 2-ci qrup gözdən əlil anası oyanıblar. Onlar Raiq Sadıqova yalvararaq, qızlarını buraxmasını istəyiblər. Yalvarışlara məhəl qoymayan Raiq Sadıqov yenidən Məlahət Məmmədova ilə cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Raiq Sadıqovun barəsində Cinayət Məcəlləsinin 29, 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

“Mənzilin qapısını bağlamadım”

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Məlahət Məmmədova bildirib ki, avqustun 21-də, saat 20 radələrində qızı Samirə xalası Xatirəyə baş çəkmək üçün Hövsan qəsəbəsinə gedib: “Saat 21 radələrində atam-anam mənzildə yatdılar.

Daha sonra televizoru söndürdük, nəvələrim Adil və Ramil döşəmə üzərində onlar üçün saldığım yerdə yatdılar. Mən isə mətbəx kimi istifadə edilən aynabənddə döşəmə üzərində saldığım yerdə paltarda yatdım. Havanın isti olması, eləcə də bütün qonşuları tanıdığımdam mənzilin qapısını arxadan bağlamadım”.

“Qızımın əvəzinə mənimlə cinsi əlaqədə olacağını dedi”

Zərərçəkmişin sözlərinə görə, gecə saat 1 radələrində kimsə onu yuxudan oyadıb: “Başımı qaldırdıqda qızım Samirənin keçmiş əri Raiqi gördüm. Həmin vaxt Raiqdən hansı səbəbdən bizdə olduğunu soruşdum. Raiq sərxoş halda məndən su istədi. Yuxulu halda yerimdən durdium və ona su gətirdim.

Raiq məndən qızımın harada olduğunu soruşdu. Samirənin xalası gilə getdiyini dedim. Qəflətən məni vurdu, durmağa imkan verməyərək qızımın başqa kişilərlə görüşdüyünü, mənim isə buna şərait yaratdığımı bildirdi. Raiq qızımın əvəzinə mənimlə cinsi əlaqədə olacağını dedi. Mən isə Raiqə “sən nə danışırsan, bu nə sözdür", deyə bildirdim. Raiq üzümün və bədənimin müxtəlif nahiyələrinə yumruq və şillə zərbələri vuraraq mənə zor tətbiq etdi, məni döydü, sonra isə əynimdə olan sarafanı dartaraq çıxarmağa başladı”.

“Seksual xarakterli əxlaqsız hərəkətlər etdi”

Məlahət Məmmədova qeyd edib ki, Raiq Sadıqovu özündən kənarlaşdırmaq məqsədi ilə onu vurub, üzünü cırmaqlayıb və itələməyə başlayıb: “Raiq hərəkətlərini davam etdirdi, mənə zor tətbiq etdi, tam ayaq üstə durmağıma imkan vermədi. Mənə qarşı seksual xarakterli əxlaqsız hərəkətlər etdi. Gücümü toplayaraq Raiqə müqavimət göstərdim, onu çətinliklə özümdən itələdim. Mənzildən küçəyə qaçdım. O da arxamca küçəyə qaçdı.

Əvvəl köməyə adam çağırmaq istəsəm də, sonra utandığımdan bunu etmədim. Küçəyə qaçdıqdan sonra Raiqin binadan küçəyə çıxdığını, lakin küçədə məni görmədiyinə əmin olub, maşınların arası ilə fırlanaraq yenidən yaşadığım mənzilə qayıtdım. Mobil telefonumu götürərək qızım Samirəyə zəng etdim, Raiqin hərəkətləri barədə danışmağa başladım. Həmin vaxt Samirə polisə zəng etməyimi dedi. Samirə ilə danışa-danışa mənzildə olan telefonla polis zəng etdiyim zaman Raiq qəflətən yenidən mənzilə girdi. Mənim polisə zəng etməyimə imkan verməyərək, hər iki telefonu əlimdən aldı”.

“Bir-neçə dəfə mənimlə cinsi əlaqədə olacağını təkrar etdi”

Məlahət Məmmədovanın ifadəsinə görə, bundan sonra Raiq onun saçlarından tutub və yerə yıxıb: “Raiq üzərinə uzandı, əxlaqsız hərəkətlərini davam etdirdi. Bir-neçə dəfə mənimlə cinsi əlaqədə olacağını təkrar etdi. Raiqin altında qalaraq müqavimət göstərə bilmədiyimdən kömək üçün mənzildə olan nəvələrimi və valideyinlərimi çağırmağa başladım. Nəvəm yuxudan oyanaraq Raiqə yaxınlaşdı və “nənəmdən əl çək” sözlərini dedi, Raiq məndən aralamaq istədi. Bunu görüb, üstümdən durdu. Nəvəmi öz yerinə uzadaraq, üstünə mələfəni saldı, sakit uzanmasını tapşırdı.

Həmin vaxt xəstə ata və anam yuxudan oyandılar, Raiqə məndən əl çəkməsi üçün yalvarmağa başladılar. Lakin Raiq heç kimə fikir vermədi və öz hərəkətəlrini davam etdirdi. Çətinliklə yerdən duraraq divana oturmaq istədim. Bu zaman Raiq mənə yaxınlaşdı, saçlarımdan və bədənimdən tutaraq güclə yerə uzatdı, dizlərini ayaqlarımın üstünə qoydu və üstümdə oturdu. Sinəmdən basaraq durmağıma imkan vermədi, mənimlə yenidən intim əlaqədə olmaq istədi”.

Məlahət Məmmədova qeyd edib ki, kürəkəni həmin vaxt onun boğazını tutaraq sıxıb, o, halsız vəziyyətə düşüb: “Son gücümü toplayaraq Raiqin altından sürünə-sürünə çıxdım. Bu zaman mənzilin qapısı döyüldü və çətinliklə duraraq mənzilin qapısını açdım, qapının ağzında polisləri gördüm. Polislər otağa daxil olanda Raiqin şalvarı aşağı çəkili vəziyyətdə idi. Polislər məndən nə baş verdiyini soruşdular. Mən Raiqin hərəkətləri barədə məlumat verdim.

Polis əməkdaşları məni və Raiqi Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə apardılar və bölmədə olan zaman şikayət ərizəsi yazdım”.

Qayınanasına təcavüz edən kürəkənin cəzası

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Raiq Sadıqovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,149.2.4-cü maddəsi ittihamdan xaric edilib. O, Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə təqsirli bilinib və 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Raiq Sadıqov da apelyasiya şikayəti verib vıə barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.

Prokurorin protesti və təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan iclasda prokurorun protesti təmin olunub.

Raiq Sadıqov Cinayət Məcəlləsinin 149.2.4, 150.1 və 157.1-ci maddələri ilə təqsirli bilinib. Onun cəzası 5 il 7 aya qədər artırılıb.

Raiq Sadıqovun isə şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Raiq Sadıqov kasasiya şikayəti verib. O, işinə yenidən baxılmasını istəyib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Ali Məhkəmənin qərarı ilə onun kasasiya şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər