23 May 2020 13:43
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğurluqda şübhəli bilinən Masazır sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyatı Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları birgə keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-dən mayın 21-dək olan müddətdə rayon ərazisindəki 2 evdən 1 000 manat dəyərində inşaat materialları və 55 000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini F.Tahirov saxlanılıb.


Müəllif: Teleqraf.com