9 İyun 2020 14:48
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ad günündə qanlı cinayət törətməkdə təqsirli bilinən Tural Həsənovun ibtida istintaqı başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 16-na təyin olunub.

İttihama görə, hadisə rayonun Xətai rayonunda olub. Dörd 4 nəfər arasında içki məclisində mübahisə yaranıb. Babək Fərhadov, Tural Həsənov, Vüqar Nurməmmədov və Vüqar Məmmədov bıçaq xəsarəti alıb.

Məlum olub ki, əvvəlcə Tural Həsənov yeyib-içdikdən sonra bıçaqla Babək Fərhadov, Vüqar Nurməmmədov və Vüqar Məmmədovu bıçaqlayıb. Daha sonra yaralılardan biri Turalın əlindəki bıçağı alaraq ona xəsarət yetirib.

Yaralıların hamısı səsə gələn qonşular tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib.

Məlumata görə, dava edən şəxslər eyni məhlədə yaşayan dostlar olub. Onlar elektrik işləyən Vüqar Məmmədovun ad gününü qeyd etmək üçün yığışıblar. Yeyib-içib sərxoş olandan sonra söyüş üstündə mübahisə ediblər.

Araşdırma zamanı məlum olub ki, Tural Həsənov cinayətin iştirakçısı olub. Digər şəxslər Babək Fərhadov, Vüqar Nurməmmədov və Vüqar Məmmədov zərərçəkmiş qismində tanınıb.

İstintaq orqanı tərəfindən Tural Həsənovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər