Bakının Binəqədi rayonunda oğurluq hadisəsinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da rayon ərazisində “Niva” markalı avtomobildən 500 manat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini R.İsmayılov saxlanılıb.
Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 ofisdən noutbuk, 2 mağazadan 500 manat pul və 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov tutulub.
Bundan başqa, Suraxanı rayon Polis İdarəasinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də rayon ərazisindəki 2 evdən ümumilikdə 2 ədəd mobil telefon, 230 manat dəyərində oyun aparatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şahbazov tutulub.