6 Oktyabr 2014 12:07
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Bakının Sabunçu rayonu ərazisində güclü partlayış olub.

Sabunçu rayon Polis İDarəsi 15-ci polis bölməsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə saat 14:50-də qeydə alınıb.

Pirşağı bağlarında evlərin birində güclü partlayış səsi eşidilib. Partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində 65 yaşlı Vaqif Hacıyev yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər cəlb olunub. Ağır yanıq xəsarətləri alan Vaqif Hacıyev xəstəxanaya yerləşdirilib. Onun bütün bədəni yanıb. Hazırda vəziyyəti ağırdır.

Araşdırmalar zamanı məlum olub ki, hadisə qaz sızmasından baş verib. Kişi su qızdırıcısını yandırmaq istəyərkən partlayış olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: