21 İyun 2020 15:25
2 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində iki nəfəri bıçaqılamaqda ittiham olunan Zaman Cəfərlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə Xırdalan şəhəri, 20-ci məhəllə adlanan yerdə qeydə alınıb.

Zaman Cəfərli 2002-ci il təvəllüdlü Nurlan Nuriyev və onun həmyaşıdı Tural Əliyev ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə zamanı Zaman Cəfərli Nurlan Nuriyev və Tural Əliyevi bıçaqla vuraraq hadisə yerindən qaçıb.

Yaralılara xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Hadisəni törədən Zaman Cəfərli Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər