28 İyun 2020 17:39
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus geoloji kəşfiyyat qayığında baş verən partlayışla bağlı həbs olunan qayığa məhsul şəxs Məhub Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlanıb.

Teleqraf.com xəbər verir ki, Pirallahı rayon Məhkəməsində hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 10-na təyin olunub.

İttihama görə, 29 oktyabr 2019-cu il tarixində saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Nəticədə Şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub.

Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov
Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi.

Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılıb.

İstintaq araşdırması zamanı Məhbub Əliyev təqsirli bilinib.

Onun barəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər