2 İyul 2020 14:42
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunda bibisi oğlunu bıçaqlamaqda ittiham olunan Abbas Kamalovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Məhəmməd Bağırovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə ötən il dekabrın 30-da Daşkəsən rayonunun Quşçu kəndində baş verib.

Hadisə nəticəsində İsmayıl Kamalov döş qəfəsindən bıçaqla ağır yaralanıb. Yaralı ağır vəziyyətdə olduğu üçün Gəncə şəhər 3 saylı xəstəxanasına gətirilib. Bıçaq daxilə nüfuz edərək, ağciyər toxumalarını zədələyib. Əməliyyat olunan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəni zərərçəkmişin dayısı oğlu Abbas Kamalovun törətdiyi məlum olub.

Məlum olub ki, 4 ildir Abbas Kamalovun dayısıoğlu ilə aralarında torpaq üstündə davası olub. Zərərçəkmiş dəfələrlə dayısı oğlu tərəfindən hədələnib.

İstintaq orqanı tərəfindən Abbas Kamalovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər