15 İyul 2020 16:08
2 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Bilgəh qəsəbə sakini H.Əmirov həbs edilib.

Onun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 8 qramdan artıq marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilib.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş R.Axundov həbs edilib.

Ondan 3,900 qram heroin, habelə yaşadığı evə baxış zamanı 7 kiloqram 60 qram heroin və 3 kiloqram 260 qram metamfetamin aşkar edilib.


Müəllif: Hacı Zeynalov