9 Oktyabr 2014 18:09
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı İstintaq Təcridxanasına telefon keçirilməsinin qarşısının alınması istiqamətində daha bir əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan Zaur Tapdıq oğlu Paşayevin yanına qısamüddətli görüşə gəlmiş anası Rahilə Əmikişi qızı Paşayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Keçirilən baxış zamanı onun əl çantasının içərisində gizlədilmiş 1 ədəd “Cordless Phone” markalı telefon aparatı aşkar edilərək götürülüb. Zaur Paşayev Cinayət Məcəlləsinin 221.3 və 228.1 maddələrinə əsasən təqsirli bilinərək həbs edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər