Sumqayıt şəhər İstilik Elektrik Mərkəzinə ziyan vuran şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, polis idarəsinə mərkəzə basqın edilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə yollanıb.
Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər İstilik Elektrik Mərkəzinin mühafizə zolağının hasarına quraşdırılmış 22 ədəd işıq plafonu sınıdırılıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Aydın Eminov saxlanılıb.
Hacı Zeynalov