Biləsuvarda sərnişin avtobusu aşıb, 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Teleqraf.com Fövqəladə Hallar nazirliyinə istinadən xəbər verir ki, "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Avtomobildə olan 33 nəfər sərnişinin 3 nəfəri (kişi) aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüb, 10 nəfəri isə müxtəlif bədən xəsarətləri alıb.
Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.