31 Avqust 2020 10:50
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda hamilə arvadını öldürməkdə ittiham olunan Anar Bəkirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması barədə istintaq orqanının təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Anar Bəkirovun barəsində seçilmiş həbs qətimkan tədbiri bir aya qədər artırılıb.

İttihama görə, bu ilin aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirov Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovanın bağıazını kəsib.

Leyla Bəkirova aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub. Leyla Bəkirovanın 8 aylıq hamilə olduğu məlum olub.

İstintaqa ifadə verən Anar Bəkirov törətdiyi əməli etiraf edib. O, hadisəni qisqanclıq zəminində törətdiyini deyib.

İstintaq orqanı tərəfindən Anar Bəkirovun barəsində Cinayət Məcəlləsinni 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 120.2.8-ci maddəsi ilə mühakimə olunan şəxsi 14 ildən 20 ildək və yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Abşeron rayon Prokurorluğunda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər