Bakıda güllələnmə hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, hadisə sentyabrın 15-də saat 2 radələrində Buzovna qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan “Qamo” markalı pnevmatik tüfəng və 42 ədəd patron (pnevmatik) götürülüb.