15 Oktyabr 2014 13:27
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada ağır cinayət törədən azərbaycanlılar həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olanlar - İlqar Əmirov və Famil Qurbanov, 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olanlar - Vüqar Məmmədov və Cəbrayıl Fərzəliyev tutulublar.

Rusiyada cinayət törədən şəxsin tutulması üçün daha bir əməliyyatı Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları keçirib. Əməliyyat zamanı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Sənan Məmmədov tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər