18 Oktyabr 2014 18:46
1 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kondrat Qolubev bu qadınlarla tanış olanda başına nələrin gələcəyini bilsəydi, oradan qaçardı. Amma o, təbii ki, yaşanacaq olaydan xəbərsiz olub.

Lakin tanışlıq təklifindən bir qədər sonra iki qadından biri onu vurub və Kondrat sonra nə baş verdiyini bilməyib. Çünki o, bu zaman artıq huşunu itirərək yerə sərilmişdi.
Teleqraf.com Daily Mail-ə istinadən bildirir ki, hadisə Qazaxıstanın Atırau şəhərində baş verib.
32 yaşlı Kondrat Qolubev səkidə iki qadına yaxınlaşıb və onlardan biri ilə tanış olmaq istədiyini deyib. İstək çox tərbiyəsiz formada söylənilib.
Qadınlar bu sözlərdən sinirləniblər və onlardan biri tərbiyəsiz "kavaler"ə yumruq vurub. Zərbə çox güclü olduğundan Qolubev nokauta düşərək yerə sərilib.
Polisdən verilən məlumata görə, bu qadınlar Atıraudakı boks klublarından birinin üzvləridir. "Dostlarımla restoranda yeyib-içirdik. Siqaret çəkməyə çıxanda bu qadınları gördüm. Onlara bizimlə istirahət etməyi təklif etdim. Təklifi rədd edəndə seks üçün nə qədər pul istədiklərini soruşdum. Sonrası yadımda deyil" -deyə, Kondrat Qolubev bildirib.
Hazırda polis bu qadınları arayır.


Müəllif:

Oxşar xəbərlər