8 Dekabr 2020 22:56
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğlunu və gəlinin öldürməyə cəhd etməkdə ittiham olunan Mehti İsmayılovun barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Mehti İsmayılovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, dekabrın 5-də Sabunçu rayonu ərazisində Rəşad İsmayılov və Cəmalə Babayevaya balta zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Aparılmış araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Mehti İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Mehti İsmayılovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Sabunçu rayon prokurorluğunda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov