12 Yanvar 2021 10:33
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda qadına xəsarət yetirməkdə ittiham olunan Türkiyə Respublikasının vətəndaşı 1972-ci il təvəllüdlü Ucrak Abdulhalim Sadik oğlunun barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Ramin Xəlilovun barəsində istintaq oqanın vəsatəti təmin olunub.

Ucrak Abdulhalimin barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, bu ilin yanvarın 2-də, saat 03 radələrində Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, Türkiyə Respublikasının vətəndaşı 1972-ci il təvəllüdlü Ucrak Abdulhalim Sadik oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fidan Süleymanovaya xəsarətlər yetirərək öldürməyə cəhd etməsindən sonra özünə də bir neçə bıçaq xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilərək stasionar qaydada müalicə olunublar.

İstintaq orqanı tərəfindən Ucrak Abdulhalimin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Nəsimi rayon Prokurorluğunda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər