Böyük Britaniyada baytarlar ev pişiyinə iki sutka ərzində araq veriblər.
Teleqraf.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, xuliqanlar pişiyin üzərinə antifriz (donmayan maddə) tökdüklərinə görə həkimlər heyvanın sahiblərinə araqdan istifadə etməyi məsləhət görüblər.
Müalicə səmərəli alınıb. Klinikaya yerləşdirilən pişiyə damcısalanla araq veriblər. Missi ləqəbli pişik spirtin təsirindən sərxoş olub.
İki gün ərzində yarım litr araq qəbul edən Missi müalicənin yekununda tam sağalaraq evə yola salınıb.