15 Yanvar 2021 18:12
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haqqında ölüm hökmü çıxarılmış koronavirus xəstəsi edam edilib.

Teleqraf.com xəbər verir ki, hadisə ABŞ-ın Terre Haute şəhərində qeydə alınıb.

Məhkumun hüquqların müdafiə edən vəkillərin etirazına baxmayaraq hökm icra olunub.

Narkotik bandasının lideri kimi 7 nəfərin ölümündə günahkar bilinən 52 yaşlı Corey Conson 1992-ci ildə edama məhkum edilib.

Edam növbəsini gözləyən Conson COVID-19-a yoluxduqdan sonra vəkilləri cəzanın təxirə salınmasını istəyib. Ali Məhkəmə tələbi rədd edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər